![Azərbaycan idmançılarından sıçrayış](https://ww3.apasport.az/storage/news/2023/july/03/big/64a2c914e798064a2c914e7981168838990864a2c914e797e64a2c914e797f.jpg)
Dünya ölkələrinin qlobal idman reytinqi açıqlanıb.
Apasport.az saytının məlumatına görə, cədvəldə 2023-cü ilin arxada qalan hissəsində təşkil olunan nüfuzlu yarışların nəticələri nəzərə alınıb.
Bu müddətdə 85 ölkə idmançıları uğur əldə edib. Bu siyahıda Azərbaycan da yer alıb.
Ölkəmiz dünyanın 39-cusudur. Azərbaycanın hesabında 79 xal var. Təmsilçilərimiz ötən cədvəllə müqayisədə 21 pilləlik sıçrayışa imza atıb.
Toplanan xallar iki idman növündə qeydə alınıb. Boksçular 52, cüdoçular 27 xal yığıb.
Bu xallardan 68-i kişi idmançıların hesabındadır. Yığmamız bu göstəricidə dünyada 32-cidir. 11 xala malik qadınlar 53-cü yerdə qərarlaşıb. Azərbaycan Avropada 22-ci yerdədir.
Qeyd edək ki, reytinqə 1187 xala malik Norveç başçılıq edir. ABŞ 1185 xalla ikinci, 1022 xala malik Fransa üçüncüdür.