Azərbaycan - İsveç matçının biletləri satışa çıxarılıb
12.08.2024 - 18:32
UEFA Millətlər Liqasının qrup mərhələsinin I turu çərçivəsində keçiriləcək Azərbaycan – İsveç oyununun biletləri satışa çıxarılıb.
Apasport.az xəbər verir ki, biletlərin qiymətləri sektorlara görə 3, 5 və 10 manat təşkil edir.
VİP sektorunun biletlərinin qiyməti isə 20-30 manatdır.
Biletləri "İtickets" və satış kassalarından əldə etmək mümkündür.
Qeyd edək ki, qarşılaşma sentyabrın 5-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
- “Sumqayıt” – “Zirə” oyununun hakimləri açıqlandı
- III MDB Oyunlarının medal sıralaması: Rusiya liderliyini davam etdirir
- Final və III yer uğrunda oyununun yeri müəyyənləşib
- Azərbaycan Basketbol Liqasının 2026/2027 mövsümü oktyabrın 3-də başlayacaq
- "Fənərbaxça"da növbəti problem - Livakoviç sıradan çıxdı
0
0