![Azərbaycan klubu "Liverpul"lu hücumçunu yola saldı](https://ww3.apasport.az/storage/news/2023/january/04/big/63b522f75d8f363b522f75d8f4167281535163b522f75d8f163b522f75d8f2.jpg)
"Zirə" Təmkin Xəlilzadədən sonra daha bir futbolçusu ilə vidalaşıb.
Apasport.az “sportinfo”ya istinadən məlumat verir ki, mövsümün əvvəlində komandaya cəlb olunan Toni Qomeslə yollar ayrılıb.
Qvineya-Bisau millisinə dəvət alan 24 yaşlı hücumçu ilə 2 illik müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
"Liverpul"un gənclərdən ibarət komandasının üzvü olmuş forvard karyerası ərzində "Forest Qriin Rovers" (İngiltərə), "Arouxa" (Portuqaliya), "Haras el Hodud", "Tala`ea el Qaiş" (hər ikisi Misir), "Menemenspor", "Tuzlaspor"un (hər ikisi Türkiyə) da formasını geyinib.
Qeyd edək ki, bu ilin yayında "Zirə"yə gələn Qomes əsas heyətə düşə bilməyib.