Azərbaycan Kuboku: "Qaradağ Lökbatan"dan darmadağın - 12:0! - YENİLƏNİB
07.10.2026 - 16:30
Azərbaycan Kuboku: "Qaradağ Lökbatan"dan darmadağın - 12:0!  - YENİLƏNİB

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2026/2027 mövsümünə start verilib.

Apasport.az xəbər verir ki, ilk oyun günündə iki matç keçirilib.

“Qaradağ Lökbatan” öz meydanında “Şəki” ilə qarşılaşıb. Ev sahibləri rəqibini 12 cavabsız qolla darmadağın edib - 12:0.

“Şəmkir” isə “Ağstafa Gəncləri”nə 1:5 hesabı ilə uduzub.

Azərbaycan Kuboku
I təsnifat mərhələsi

14:30. “Qaradağ Lökbatan” - ”Şəki” 12:0
Hakimlər: Pərviz İbrahimov, Elman Kərimov, Vüsal Xəlilzadə, Kamil Aydınov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Törə Əhmədova.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

14:30. “Şəmkir” - “Ağstafa Gəncləri” 1:5
Hakimlər: Alik Yunusov, Aydın Baxşıyev, Tural Bayramov, Hacıağa Həsənov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Şirvan Olimpiya İdman Kompleksinin stadionu

Qeyd edək ki, birinci təsnifat mərhələsinə oktyabrın 9-da yekun vurulacaq.