Azərbaycan kubokunda ilk yarımfinal CÜTÜ
19.12.2022 - 21:05
![Azərbaycan kubokunda ilk yarımfinal CÜTÜ](https://ww3.apasport.az/storage/news/2022/december/19/big/63a099ff0c22163a099ff0c222167146956763a099ff0c21d63a099ff0c21f.jpeg)
Azərbaycan kubokunda yarımfinalın ilk cütü müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, bu, 1/4 final mərhələsinin cavab oyunlarının ilk günündən sonra dəqiqləşib.
Finala vəsiqə uğrunda matçda “Qəbələ” və “Səbail” üz-üzə gələcək. “Qırmızı-qaralar” 1/4 finalda “Qarabağ”ı mübarizədən kənarlaşdırıb – 2:2, 1:0. “Sabah” isə “Səbail”i keçə bilməyib – 2:3, 0:1.
Yarımfinal mərhələsi 2023-cü ildə baş tutacaq. İlk oyunlar aprelin 19-da, cavab görüşləri 27-də təşkil olunacaq. İlk qarşılaşma Qəbələdə baş tutacaq.
Qeyd edək ki, digər cüt sabah keçiriləcək oyunlardan sonra müəyyənləşəcək.
0
0