Azərbaycan kubokunda son 6 mövsümün REKORDU VURULDU
10.12.2022 - 11:52
![Azərbaycan kubokunda son 6 mövsümün REKORDU VURULDU](https://ww3.apasport.az/storage/news/2022/december/10/big/63943ad653f8663943ad653f87167065877463943ad653f8263943ad653f84.jpg)
Azərbaycan kubokunda 1/4 finalın ilk oyunlarında 13 qol vurulub.
Apasport.az saytının məlumatına görə, bu, son 6 mövsümün rekordudur.
1/4 finalın ilk matçlarında daha çox qolun vurulmasına sonuncu dəfə 2016/17 mövsümündə təsadüf olunub. Həmin vaxt 4 görüşdə 14 qol vurulub. Bu qarşılaşmalar üçün mütləq rekord 2006/07 mövsümündə qeydə alınıb. 1/4 finalın 2007-ci ildə baş tutan ilk oyunlarında 17 qol vurulub.
Qeyd edək ki, ötən mövsüm bu rəqəm 8-ə bərabər olub.
0
0