Azərbaycan millisinin heyətində dəyişiklik edilib
27.05.2024 - 14:03
![Azərbaycan millisinin heyətində dəyişiklik edilib](https://ww3.apasport.az/storage/news/2024/may/27/big/66545ab14979a66545ab14979b171680427366545ab14979866545ab149799.jpg)
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.
Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Zirə” klubunun oyunçusu Rəvan Qaraəhmədli zədələndiyi üçün kollektivə qoşulmayıb.
Onun yerinə komanda yoldaşı Yusif Hacıyev milliyə dəvət olunub.
Qeyd edək ki, U-19 bu gündən iyunun 2-dək Bakıda təlim-məşq toplanışı keçəcək. Komanda ardından yoldaşlıq turniri üçün Moldovaya yollanacaq. Millimiz iyunun 4-də Qazaxıstan, 7-də Türkiyə, 10-da isə meydan sahibləri ilə qarşılaşacaq.
0
0