![Azərbaycan millisinin məşqçisi İtaliya klubunda](https://ww3.apasport.az/storage/news/2022/october/04/big/633bdb66bb2cb633bdb66bb2cc1664867174633bdb66bb2c8633bdb66bb2ca.webp)
Azərbaycan millisinin baş məşqçisi Canni de Byazinin daha bir köməkçisi özünə yeni iş yeri tapıb.
Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, yığmamızda köməkçi-məşqçi funksiyasını yerinə yetirən Fabio Qallo ölkəsinə birdəfəlik qayıdıb.
52 yaşlı mütəxəssis İtaliya C seriyasında çıxış edən “Fodja”nın sükanı arxasına keçib. Rəhbərliklə aparılan danışıqlardan sonra Fabio Qallo yeni komandası ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Canni de Byazi və köməkçilərinin AFFA ilə müqaviləsi oktyabrın 1-də başa çatıb. İtaliyalı çalışdırıcı ilə bağlı qərar bu gün keçiriləcək AFFA İcraiyyə Komitəsinin iclasından sonra açıqlanacaq.