Azərbaycan Premyer Liqasında püşkatmanın vaxtı dəqiqləşdi
11.07.2023 - 14:38
Azərbaycan Premyer Liqasında 2023/2024-cü illər mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, bunu Peşəkar Futbol Liqası açıqlayıb.
Mərasim iyulun 18-də keçiriləcək. Püşkatma AFFA-nın inzibati binasında baş tutacaq və saat 15:00-da başlanacaq.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 4-də start götürəcək. Yarışda 10 komanda 4 dövrədə mübarizə aparacaq.
- Azərbaycan məşqçiləri Avropa Gimnastikasının ənənəvi tədbirində iştirak ediblər
- “Fənərbaxça” VAR danışıqlarını tələb etdi: “Matçı yenidən oynamağa hazırıq”
- Avropa Super Liqa layihəsi 2025-ci ilin yayında reallaşacaq
- Səudiyyədən cazibədar təklif: Benzianın Qurbanov sevgisi... - ÖZƏL
- Lunin “Mançester Yunayted”in hədəfində
0
0