Azərbaycan Premyer Liqasında üçüncü məhsuldar göstərici
04.03.2024 - 11:38
![Azərbaycan Premyer Liqasında üçüncü məhsuldar göstərici](https://ww3.apasport.az/storage/news/2024/march/04/big/65e5773e6cb4065e5773e6cb41170953708665e5773e6cb3e65e5773e6cb3f.png)
Misli Premyer Liqasının XXV turunda 18 qol vurulub.
Apasport.az xəbər verir ki, bu, mövsümün üçüncü məhsuldarlığıdır. Yalnız X və XVI turlarda daha çox – 19 qol qeydə alınıb.
Rekordun təkrarlanması üçün bir top çatmayıb. Orta məhsuldarlıq 3,60-a bərabər olub.
“Neftçi” – “Qarabağ” (1:4) və “Qəbələ” – “Səbail” (2:3) oyunlarının hərəsində 5 qol vurulub. “Sumqayıt” – “Kəpəz” (1:3) qarşılaşmasında bu rəqəm 4-ə bərabər olub. “Sabah” – “Araz-Naxçıvan” (2:0) və “Zirə” – “Turan Tovuz” (1:1) duellərinin hərəsində iki qol qeydə alınıb.
0
0