Dünya Taekvondosunun Qala gecəsi keçirilib.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti açıqlayıb.
İngiltərənin Mançester şəhərində təşkil olunan mərasimdə ilin ən yaxşılarının adları açıqlanıb. Qala gecədə ölkəmiz Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Hikmət Səmədovla təmsil olunub. Tədbirdə, həmçinin parataekvondo üzrə millimizin baş məşqçisi Fərid Tağızadə, parataekvondoçular Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq) və Əbülfəz Abuzərli (80 kq) də iştirak ediblər.
Qala gecəsində ATF rəsmisi Hikmət Səmədov Dünya Taekvondosunun (WT) prezidenti Çunqvon Çu ilə görüşərək ölkəmizdə taekvondonun daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparıb.
- Nemanya Andelkoviç: “Yaddaşım itmişdi, bu nəticəyə layiq deyildik” - MÜSAHİBƏ
- DÇ: “Borussiya”dan heç-heçə, “River Pleyt”dən inamlı qələbə - YENİLƏNİB
- Tramp DÇ-2026 bilet qiymətlərinə etiraz etdi: “Mən o pulu verməzdim”
- Deni Qaysumov: “Kadi Rusiyada da adından söz etdirə biləcək”
- Artetadan rekord: Vengerlə Qremi arxada qoydu