Azərbaycan UEFA reytinqində 1 pillə irəlilədi
26.07.2024 - 09:55
Azərbaycan klubları Konfrans Liqası II təsnifat mərhələsinin ilk oyunlarına çıxıblar.
Apasport.az xəbər verir ki, "Zirə" və "Sabah"ın qələbə qazandığı gündə "Sumqayıt" meydanı məğlubiyyətlə tərk edib.
Qeydə alınmış nəticələr Azərbaycanın UEFA reytinqindəki mövqeyinə təsirsiz ötüşməyib. Belə ki, qazanılan reytinq xallarının sayəsində ölkəmiz bir pillə irəliləyib və Slovakiyanı geridə qoyub. Aktivində 17,750 xal olan Azərbaycan 24-cü pillədə qərarlaşıb.
- Benzema: “Çempionlar Liqasını bir neçə dəfə də qazanmaq istəyirəm”
- Millilərimiz Gədəbəydə təlim-məşq toplanışına start verib
- Oğlan boksçuların yarışında yarımfinalçılar, qızlarda ölkənin ən güclüləri bəlli oldu
- Azərbaycan üzgüçüləri Belarusda 2 medal qazanıb
- İspaniya millisinin üzvü Fransada çıxış edə bilər
0
0