Azərbaycan üzgüçüsü beynəlxalq turnirə qatılıb
13.02.2024 - 15:17
Azərbaycan üzgüçüsü Ramil Vəlizadə Qətərin paytaxtı Dohada keçirilən Dünya Su İdmanı Çempionatına qatılıb.
Apasport.az xəbər verir ki, B kateqoriyalı lisenziya qazanan millinin kapitanı bu gün yarışa başlayacaq.
O, əvvəlcə 200 metr məsafəyə batterflyayda qüvvəsini sınayacaq. Ramil Vəlizadə fevralın 16-da 100 metr məsafədə batterflyay üsulunda çıxış edəcək.
Çempionatda 190 ölkədən 2600-ə yaxın elit idmançı mübarizə aparır.
Qeyd edək ki, Dünya Su İdmanı Çempionatına fevralın 18-də sonlanacaq.
- Badmintonçularımız İranda qızıl medal qazanıblar
- Şahin Diniyev: "Qəbələ" olmasa, o meydançalar, o uşaqlar kimə qalacaq?
- Azərbaycan idmançısı Paris-2024-də iştirak edəcək
- “Araz-Naxçıvan” müdafiə xəttini yeni futbolçu ilə gücləndirib
- Naxçıvandan olan hakimlər briqadası ilk dəfə Azərbaycan çempionatında
0
0