Azərbaycan 2026-cı ildə xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kuboku yarışlarına ev sahibliyi edəcək.
Apasport.az xəbər verir ki, Qış İdman Növləri Federasiyasının bu turnirlərin Azərbaycanda keçirilməsi üçün Beynəlxalq Xizək Alpinizmi Federasiyasına (İSMF) ünvanladığı müraciət müsbət qarşılanıb.
Əldə olunan nəticəyə əsasən ISMF tərəfindən yarışların "Şahdağ" Turizm Mərkəzində təşkil edilməsi ilə bağlı qərar qəbul edilib və turnirlər beynəlxalq federasiyanın yarış təqviminə salınıb.
Avropa çempionatının 2026-cı ilin martın 4-8-də, Dünya Kubokunun isə martın 6-8-də "Şahdağ" Turizm Mərkəzində keçirilməsi nəzərdə tutulur.
- “Benfika”nın müdafiəçisi Avropa nəhənglərinin hədəfində
- Taleh Nəsibov: “Futbolsevərlərimiz üçün bundan gözəl sevinc hissi ola bilməz”
- "Qalatasaray"da böhran: Futbolçular çempionluq mükafatlarını ala bilmirlər
- "Nyukasl" Premyer Liqa klubunda müdafiəçi tapdı
- Azərbaycan birinciliyinin komanda yarışları keçirilir