Azərbaycanın 15 şahmatçısı mundialda
04.12.2023 - 13:51
Azərbaycanın 15 şahmatçısı Özbəkistanın Səmərqənd şəhərində rapid və blits üzrə keçiriləcək dünya çempionatında iştirak edəcək.
Apasport.az xəbər verir ki, turnir dekabrın 25-də başlayacaq.
Mundialda ölkəmizi Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Kənan Qarayev, Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Ayan Allahverdiyeva, Ləman Hacıyeva, Türkan Məmmədyarova və Xəyalə Abdulla təmsil edəcəklər.
Qeyd edək ki, bu ilin son şahmat yarışı dekabrın 31-də başa çatacaq.
- Fərid Qayıbov “Lənkəran” İdman Klubunu ziyarət edib
- Qurban Qurbanov: "Lion" böyük klubdur, amma bizim Avropada böyük təcrübəmiz var"
- Basketbol Liqasında final təqvimi bəlli oldu
- AFFA-da Qazaxıstan Futbol Federasiyasının əməkdaşları ilə görüş keçirilib
- Millimizin üzvü "Sumqayıt"da yubiley matçına çıxıb
0
0