Azərbaycanın 5 hakimi beynəlxalq kateqoriya ilə təltif olunub
13.02.2025 - 19:27
Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən beynəlxalq hakimlik kursları keçirilib.
Apasport.az xəbər verir ki, Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunan tədbirdə akrobatika gimnastikası üzrə Azərbaycan hakimləri də iştirak ediblər.
Kurslarda 5 ədalət təmsilçimiz müxtəlif kateqoriyalara yiyələnib.
İradə Qurbanova, Abdulla Əl-Məşayxi və Leyla Əliyeva 3-cü kateqoriyaya sahib çıxıb. Lalə Abdullayeva və Aynur Yusufova 4-cü kateqoriya alıb.
Qeyd edək ki, kurslar 2025-28-ci illəri əhatə edən tsikl üçün nəzərdə tutulub.
- AMADA “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş beynəlxalq konfrans keçirəcək
- "Qarabağ"ın rəqibi "Porto"nu məğlub etdi
- Sənan Qurbanov oğlunun “Neftçi”də əsas heyətdə oynamasından danışdı - MÜSAHİBƏ
- Super Liqa: “Trabzonspor” 3 xalı 4 qolla qazandı
- "Barselona" "Real"ın izlədiyi futbolçunu istəyir
0
0