Azərbaycan Gimnastika Federasiyasının (AGF) idman direktoru Natalya Bulanova Kiprin Larnaka şəhərində keçiriləcək hakimlər üçün seminara dəvət alıb.
AGF-nin mətbuat xidmətindən apasport.az-a verilən məlumata görə, o, tədbirdə Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə Texniki Komitəsinin prezidenti Noha Abou Shabana ilə birlikdə ekspert qismində çıxış edəcək.
Avropa Gimnastikasının bədii gimnastika üzrə Texniki Komitəsi tərəfindən təşkil olunacaq seminar 11-14 oktyabrda gerçəkləşəcək.
Qeyd edək ki, Natalya Bulanova Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə Texniki Komitəsinin üzvüdür.
- Meksika millisinin üzvü karyerasını başa vurdu
- Paris-2024 Yay Olimpiya Oyunlarına hakimlər Bakıdakı dünya çempionatında seçiləcək
- Millimizin məşqçisi: “Mükafatlarımızın sayı daha da artacaq”
- “Neftçi” "Araz" qarşısında xalsız qaldı - YENİLƏNİB
- Ayxan Abbasov: “Futbolçularımız sonadək mübarizə apardılar”