Azərbaycanın qadın güləşçisi Xorvatiyada medal qazandı
03.02.2023 - 23:09
![Azərbaycanın qadın güləşçisi Xorvatiyada medal qazandı](https://ww3.apasport.az/storage/news/2023/february/03/big/63dd5c8ad567f63dd5c8ad5680167545153063dd5c8ad567b63dd5c8ad567d.jpg)
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə reytinq turniri davam edir.
Apasport.az xəbər verir ki, yarışın 3-cü günündə 5 güləşçimiz mübarizə aparıb.
Təmsilçilərimizdən yalnız ukraynalı legioner Alyona Kolesnik fəxri kürsüyə qalxa bilib. 59 kq-da iştirakçı sayı az olduğundan, qalib dairəvi sistem üzrə keçirilən görüşlərdən sonra müəyyənləşib. İlk 3 görüşündə uduzan qadın güləşçimiz yekunda macarıstanlı Viktorya Borşoşa tuş fəndi ilə (rəqibin kürəyini döşəyə sıxmaqla vaxtından erkən qələbə) qalib gələrək bürünc medal qazanıb.
0
0