Azərbaycanlı alpinist dünyanın doqquzuncu zirvəsini fəth edib
15.07.2024 - 15:18
Azərbaycanlı alpinist İsrafil Aşurlı dünyanın doqquzuncu zirvəsini – Nanqa Parbatı (8125 metr) fəth edib.
Apasport.az xəbər verir ki, idmançı Nanqa Parbata əlavə oksigendən istifadə etmədən qalxıb.
Dünyada hündürlüyü 8 min metrdən yuxarı olan 14 zirvə var və bu fəth Aşurlının yeddinci səkkizminlik zirvəsidir.
Qeyd edək ki, Nanqa Parbat Pakistan ərazisində yerləşən Qərbi Himalayın ən hündür zirvəsi hesab edilir.
- Misli Premyer Liqasında aprelin ən yaxşı qolu müəyyənləşdi - VİDEO
- Cüdo millilərimiz dünya çempionatına Antalyada hazırlaşır
- Orxan Məmmədov Azərbaycan Minifutbol Federasiyasının prezidenti seçildi
- “Fənərbaxça” Konfrans Liqasında mübarizəni dayandırdı - YENİLƏNİB
- Yığmamızın Çexiya və Şotlandiya ilə oyunlar üçün heyəti açıqlanıb
0
0