Azərbaycanlı FIFA referisi Dubaydakı turnirə təyinat aldı
12.02.2024 - 12:47
![Azərbaycanlı FIFA referisi Dubaydakı turnirə təyinat aldı](https://ww3.apasport.az/storage/news/2024/february/12/big/65c9dabd7ed6a65c9dabd7ed6b170772754965c9dabd7ed6865c9dabd7ed69.jpg)
Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov beynəlxalq turnirə təyinat alıb.
Apasport.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, o, FIFA tərəfindən keçiriləcək “FIFA Beach Soccer World Cup UAE 2024” turnirinin oyunlarını idarə edəcək.
Yarış fevral 15-dən 25-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək.
0
0