Azərbaycanlı FİFA referisi Yunanıstan Superliqasına təyinat aldı
09.02.2024 - 15:03
Azərbaycanlı FİFA referisi Yunanıstan Superliqasının oyununa təyinat alıb.
Apasport.az yunan mediasına istinadla xəbər verir ki, Əliyar Ağayev PAOK - AEK matçını idarə edəcək.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Yerli referi Diamantopulos dördüncü hakim funksiyasını yerinə yetirəcək. Digər FIFA referimiz Elçin Məsiyev Reynhard Buxbaumla birlikdə VAR hakimidir.
Qeyd edək ki, fevralın 11-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
- “Heydər Əliyev kuboku-2026": Qız boksçulardan ibarət millimiz 17 medalla komanda hesabında birinci olub
- “Fənərbaxça” “Mançester Yunayted”in fransız ulduzunu almaq istəyir
- "Əl-Nəsr"də ayrılıq: Duran komandanı tərk edir
- Azərbaycan çempionatının ilk günündə qaliblər bəlli olub
- Messi DÇ-2026-da iştirak edəcək?
0
0