Azərbaycan Atletika Federasiyasını (AAF) təmsil edən beynəlxalq dərəcəli hakim Teymur Axundov Polşanın Belostok şəhərində keçiriləcək "Mityng Ambasadorów" beynəlxalq yarışına təyinat alıb.
Apasport.az xəbər verir ki, mütəxəssis texniki deleqat və dopinq nəzarəti üzrə məsul şəxs kimi fəaliyyət göstərəcək.
Axundov yarış zamanı idmançılar üçün bərabər və ədalətli rəqabət mühitinin təmin edilməsinə, həmçinin dopinq qaydalarına riayət olunmasına nəzarət edəcək.
Qeyd edək ki, "Mityng Ambasadorów" Polşada atletika üzrə nüfuzlu idman tədbirlərindən biri hesab olunur və dünyanın müxtəlif ölkələrindən yüksək səviyyəli idmançıları bir araya gətirir.
- "Mançester Yunayted" niderlandlı hücumçunu icarəyə götürmək istəyir
- “Qarabağ”ın rəqibi koronavirusa yoluxdu
- Canni de Byazi: "İnkişafı hiss etmiriksə, demək görmək istəmirik" - MÜSAHİBƏ
- Mehriban Əliyeva Lamiyə Vəliyevanı növbəti qələbəsi münasibətilə təbrik edib
- Sumqayıtın futbolçusu: "Ümid edirik ki, azarkeşlər hər oyun stadionu dolduracaq" -Müsahibə