Azərbaycanlı hakim Parisdə final görüşünü idarə edib
10.08.2024 - 12:49

XXXIII Yay Olimpiya Oyunları davam edir.
Apasport.az xəbər verir ki, idmançılarımızla yanaşı bu Olimpiya oyunlarında güləş idman növü üzrə yarışların idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Asif Şirəliyev də təmsil edir.
Ötən gün 87 kq çəki dərəcəsində Bolqarıstan təmsilçisi Semyon Novikovla iranlı Əlirza Məhəmmədpiani arasında keçirilən final qarşılaşmasının idarə olunması həmyerlimiz Asif Şirəliyevə həvalə olunub.
Şirəliyevin idarə etdiyi yarış bolqarıstanlı idmançının qələbəsi ilə başa çatıb.
- Mahir Emreli: "Mənim addımım onlara cəsarət verməlidir"
- “Fövqəladə hallar uşaqların gözü ilə” XII Respublika uşaq yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO
- "Neftçi"nin iki futbolçusu "Zirə" ilə matçı buraxacaq
- Cavid Hüseynov: “Komandanı bu vəziyyətdə qoymaq olmaz”
- Tennisçilərimiz Çinə yollanıblar
0
0