Azərbaycanlı hakimlər beynəlxalq yarışları idarə ediblər
18.03.2024 - 16:14
![Azərbaycanlı hakimlər beynəlxalq yarışları idarə ediblər](https://ww3.apasport.az/storage/news/2024/march/18/big/65f82ca70918165f82ca709182171076317565f82ca70917f65f82ca709180.jpg)
Azərbaycanın cüdo hakimləri Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən beynəlxalq yarışları idarə ediblər.
Apasport.az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, A kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev və B kateqoriyasına malik Ülvi Əliyev Latviyanın paytaxtı Riqada təşkil edilən böyüklər arasında Avropa Kubokunda fəaliyyət göstəriblər.
A kateqoriyalı referi Fariz Hüseynov isə Xorvatiyanın Poreç şəhərində baş tutan yeniyetmələr arasında Avropa Kubokunda ədalət təmsilçiləri arasında yer alıb.
0
0