Azərbaycanlı referi ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə təyinat aldı
31.10.2022 - 11:46
![Azərbaycanlı referi ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə təyinat aldı](https://ww3.apasport.az/storage/news/2022/october/31/big/635f7d6b44328635f7d6b443291667202411635f7d6b44324635f7d6b44327.jpg)
Azərbaycanlı FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, referi karyerasında ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində oyun idarə edəcək.
O, qrup mərhələsinin son turu çərçivəsində keçiriləcək “Kopenhagen” (Danimarka) – “Borussiya” (Dortmund, Almaniya) oyununun baş hakimi olacaq. Ağayevə FIFA referi köməkçisi Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.
Qeyd edək ki, qarşılaşma noyabrın 3-də baş tutacaq.
- Rimas Kurtinaytis: “Bu cür oynamaq olmaz”
- "Omoniya"nın baş məşqçisi: "Növbəti mərhələyə vəsiqə qazanmağa biz daha layiq idik"
- "Ayaks"ın 17 yaşlı futbolçusu "Arsenal"ın HƏDƏFİNDƏ
- Gənclər və idman naziri və ABF prezidenti yığmanın məşqində - FOTOLENT
- Türkiyə və Gürcüstan millilərinin azarkeşləri arasında insident yaşandı
0
0