Babək Quliyev Türkiyə millisinin oyununa təyinat alıb
08.10.2024 - 11:01
![Babək Quliyev Türkiyə millisinin oyununa təyinat alıb](https://ww3.apasport.az/storage/news/2024/october/08/big/6704db351fe516704db351fe5217283715096704db351fe4f6704db351fe50.jpg)
Azərbaycanlı beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan təyinat alıb.
Apasport.az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin Türkiyə - Latviya oyununda hakimlərin işinə qiymət verəcək.
A qrupunun matçı oktyabrın 11-də İstanbul şəhərində yerləşən Atatürk Olimpiya Stadionunda baş tutacaq.
0
0