Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
24.10.2024 - 10:16
![Babək Quliyev UEFA-dan növbəti təyinat alıb](https://ww3.apasport.az/storage/news/2024/october/24/big/6719e682b78006719e682b780117297506586719e682b77fe6719e682b77ff.jpg)
Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.
Apasport.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, UEFA Region Kubokunun 7-ci qrupunun oyunlarının hakim-inspektoru olacaq.
29 oktyabr – 4 noyabr aralığında Bolqarıstanda təşkil olunacaq qrup matçlarında ev sahiblərinin “SW Bolqarıstan”, İspaniyanın “Araqon”, Moldovanın “Anenii Noi” və Belarusun “İvatseviçi-Duss” klubu mübarizə aparacaq.
0
0