Badmintonçularımız Uqandada “gümüş” qazandı
30.09.2024 - 10:31
![Badmintonçularımız Uqandada “gümüş” qazandı](https://ww3.apasport.az/storage/news/2024/september/30/big/66fa44b1e919366fa44b1e9194172767761766fa44b1e919066fa44b1e9192.jpeg)
Azərbaycan badmintonçuları Aqil Qabilov və Era Maftuha Uqandanın paytaxtı Kampalada keçirilən “Future” seriyalı “Kampala İnternational 2024” beynəlxalq turnirində gümüş medal qazanıb.
Apasport.az xəbər verir ki, mübarizəyə 1/16 finaldan başlayan Aqil-Era tandemi qarışıq qoşa kateqoriyasında ardıcıl 3 qələbə qazanaraq turnirin finalına kimi irəliləyib.
Qızıl medal uğrunda keçirilən qarşılaşmada Malayziya təmsilçiləri Əşrəf Daniel Zakaria-Lim Xuan qoşasına hər iki setdə (18-21,17-21) badmintonçularımız beynəlxalq turnirdə gümüş medal qazanıb.
0
0