Azərbaycanda start verilən “Bakı-Xankəndi” veloyürüşünün dördüncümərhələsi başa çatıb.
Apasport.az saytının turnirə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu raundda idmançılar Gəncədən start götürməklə Naftalana qədər 152,7 km məsafə qət ediblər.
Mərhələnin qalibi "Bardiani CSF 7 Saber" komandasının üzvü italiyalı Marko Manenti olub.
"Astana"dan Henok Mulubrhan ikinci, ekvadorlu Pita Kristian David ("Roojai İnsurance Winspace") üçüncü yeri tutub.
Qeyd edək ki, ilk mərhələdə finişə Çinin "Li-Ninq Star" komandasının belaruslu üzvü Aleksey Şnirko birinci çatıb. Növbəti gün "Astana"nın qazaxıstanlı velosipedçisi Yevgeni Fyodorov qalib olub. Üçüncü mərhələdə "Astana"nın rusiyalı üzvü Qleb Suritsa bütün rəqiblərini qabaqlayıb.
- "Kəpəz" saxlamaq istəyir, "Araz-Naxçıvan" almaq - "Porto"nun yetirməsinin qərarı
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- 3 parataekvondoçumuz Qran-pridə medal qazandı
- Super Liqa: "Konyaspor" və "Qaziantepspor"dan evdə qələbə
- Rəşad Sadıqov: “Mübarizə daha çox idi” - VİDEO