Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunun ikinci gününün final seansı rekordlarla yadda qalıb.
Apasport.az xəbər verir ki, yarışda günün əsas hadisəsinə Rusiya təmsilçisi Yeqor Kornev imza atıb.
O, 100 metr məsafəyə sərbəst üsulla üzgüçülükdə 44,84 saniyə nəticə göstərərək dünya rekordçusu Kayl Çalmersin göstəricisini təkrarlayıb.
Kornev 50 metr məsafəyə arxası üstə üsulla yarışda da fərqlənib. Rusiya təmsilçisi 22,23 saniyə nəticə ilə Dünya Kubokunun rekordunu yeniləyib.
Azərbaycan millisinin üzvü Fatimə Alkərəmova da final mərhələsində çıxış edib. O, 400 metr məsafəyə qarışıq üsulla üzgüçülükdə 7-ci yeri tutub.
İkinci günün final seansının nəticələri:
Kişilər
50 m arxası üstə – 1. Yeqor Kornev, 2. Pavel Samusenko, 3. Piter Kutsi
200 m qarışıq – 1. Luk Barr, 2. Alberto Rassetti, 3. Finley Noks
50 m brass – 1. Hayyanq Çin, 2. Maykl Huli, 3. Kirill Priqoda
100 m sərbəst – 1. Yeqor Kornev, 2. Kemeron Makevoy, 3. Vasili Kukuşkin
200 m kəpənək – 1. Cuner Çen, 2. So Oqata, 3. Alberto Rassetti
Qadınlar
400 m qarışıq – 1. Yitinq Yu, 2. Ebi Vud, 3. Mohan Çanq
200 m sərbəst – 1. Şivon Hohey, 2. Anna Peplovski, 3. Yaqi Fan
100 m arxası üstə – 1. Marit Stenberxen, 2. Teylor Rak, 3. Anna Peplovski
50 m kəpənək – 1. Ros Vanotterdayk, 2. Sara Yunevik, 3. Arina Surkova
100 m brass – 1. Mona Makşeri, 2. Yevgeniya Çikunova, 3. Eymi Kenni
Qeyd edək ki, üzgüçülük üzrə Dünya Kuboku oktyabrın 1-dən 3-dək Bakı Su İdmanı Sarayında keçirilir. 44 ölkədən 216 idmançının iştirak etdiyi yarışda Azərbaycanı 15 üzgüçü təmsil edir.
Milli komandanın heyətində Amin Oruclu, Abdurrəhman Rüstəmov, Anastasiya Boborıkina, Anastasiya Qnusina, Fatimə Alkərəmova, Fərhad Şirməmmədli, Mehri Abdurəhmanlı, Məryəm Cavadova, Oqtay Hüseynov, Ramil Vəlizadə, Ramal Sadıqlı, Səid Həmidov, Süleyman İsmayılzadə, Vlastilina Xasyanova və Yeqor Maynitski yer alır.