Dekabrın 15-dən 17-dək Bakıda çövkən milli atüstü oyunu üzrə növbəti Prezident Kuboku keçiriləcək.
Apasport.az xəbər verir ki, Binə Atçılıq Mərkəzinin qapalı manejində təşkil olunacaq turnirdə Ağstafa və Ağcabədi rayonlarını təmsil edən klublarla yanaşı, Bakıdan da 6 komanda iştirak edəcək.
Ümumilikdə 8 komandanın qatılacağı yarışlarda 2 qrupda heyətlər güclərini sınayacaq. Dekabrın 15, 17 və 19-u qrup oyunları, ayın 21-də yarımfinal və 2 gün sonra isə turnirin finalı baş tutacaq.
Qrup oyunlarının nəticələrinə əsasən hər iki qrupu 1 və 2-ci yerlərdə bitirən komandalar yarımfinala yüksələcək. Oyun günləri yarışlar saat 10:00-da start götürəcək.
- UEFA-nın “Əl-Nəsr” planı
- VI İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edəcək qılıncoynadanlar müəyyənləşib
- Emin İmaməliyev: "Yəqin ki, Kadi "Ferentsvaroş"u daha çox istəyib deyə..." - MÜSAHİBƏ
- Cüdoçularımız beynəlxalq turniri 10 medalla başa vurub - FOTO
- "Tottenhem"ə qarşı oynamış sabiq "Qarabağ"lı: "O gündən bu günə çox şey dəyişib"