Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı ilə Bakı Su İdmanı Sarayında suya tullanma üzrə “Gələcəyə Doğru” turniri baş tutub.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Üzgüçülük Federasiyası məlumat yayıb.
Bildirilib ki, gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda ümumilikdə 23 idmançı yeddi kateqoriya üzrə çıxış ediblər.
Turnirin keçirilməsində əsas məqsəd ölkəmizdə suya tullanma idman növünə olan marağın artırılması, kütləviliyin təmin edilməsi və bu sahədə gələcək vəd edən istedadlı idmançıların aşkar olunmasıdır.
Mükafatçılara ASF tərəfindən medallar, diplomlar və sertifikatlar təqdim olunub. Maraqlı mübarizə şəraitində keçən yarışın qalibləri aşağıdakı iştirakçılardır:
Başlanğıc qrupu oğlanlar, 1 m hündürlükdən
Tamerlan Əliverdiyev
Murad İsmayılzadə
Timur Kardaş
Başlanğıc qrupu qızlar, 1 m
Aişə Xəlil
Aleksiya Səmədova
Mila Samofal
10 və daha kiçik yaş oğlanlar, 1 m
Muhəmməd Hüseynov
Əkrəm Əhmədov
Əkrəm İsmayılzadə
10 və daha kiçik yaş qızlar, 1 m
Mehri Ağayeva
Sofiya Ağayeva
Məryəm Beqova
10 və daha kiçik yaş oğlanlar, 3 m
Muhəmməd Hüseynov
Əkrəm Əhmədov
10 və daha kiçik yaş qızlar, 3 m
Mehri Ağayeva
Sofiya Ağayeva
Məryəm Beqova
11 və daha böyük yaş qızlar, 1 m
Ayla Hüseynova
Alisa Hacıyeva
Suada Tahir
11 və daha böyük yaş oğlanlar, 3 m
Tahir Maqsudlu
11 və daha böyük yaş qızlar, 3 m
Ayla Hüseynova
Alisa Hacıyeva
Suada Tahir
Platformadan tullanma, 11 və daha böyük yaş oğlanlar:
Maqsud Tahirli