Baqanın qızı Azərbaycan yığmasında, həyat yoldaşı federasiyada
20.09.2022 - 11:27
“Sumqayıt”ın baş məşqçisi Aleksey Baqanın qızı Azərbaycan yığmasına cəlb olunub.
Apasport.az “sportinfo”ya istinadən məlumat verir ki, belaruslu çalışdırıcının 12 yaşlı övladı artıq bədii gimnastika üzrə komandanın üzvüdür.
Ötən ilin dekabrından ölkəmizdə olan “kimyaçılar”ın sükançısının xanımı Natalya Baqa da burada işlə təmin olunub. 41 yaşlı mütəxəssisin həyat yoldaşı Azərbaycan Gimnastika Federasiyasında fəaliyyət göstərir. O, bədii gimnastika üzrə komandada məşqçi olaraq çalışır.
Natalya Baqa ölkəmizə gələnədək də Belarusda bu sahə üzrə işləyib.
- Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatının akkreditasiyasına başlanıldı
- “Araz-Naxçıvan”dan növbəti qələbə - YENİLƏNİB
- "Beşiktaş"da baş məşqçi postuna sürpriz iddia
- Gimnastika millimizin məşqçisi Misirdə kursda iştirak edib
- Millimizin baş məşqçisi: “Bunu üzərinə götürəcək oyunçumuz yoxdur”
0
0