"Barselona" "Real Madrid"i məğlub edib
04.08.2024 - 15:21
!["Barselona" "Real Madrid"i məğlub edib](https://ww3.apasport.az/storage/news/2024/august/04/big/66af63a9e47cc66af63a9e47cd172277034566af63a9e47ca66af63a9e47cb.jpg)
İspaniyanın "Barselona" və "Real" klubları ABŞ-də yoldaşlıq görüşü keçirib.
Apasport.az xəbər verir ki, görüş katalonların qələbəsi ilə başa çatıb.
Matç 2:1 hesabı ilə yekunlaşıb. "Barselona"nın heyətində Pau Viktor dubl (42, 54) edib. "Real"dan isə Nikolas Paz (82) fərqlənib.
Qeyd edək ki, İspaniya çempionatına avqustun 15-də start veriləcək.
0
0