“Barselona”nın yarımmüdafiəçisi Dani Olmo bu ayın əvvəlində, İspaniya millisinin məşqi zamanı baldır əzələsində narahatlıq hiss edib.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, zədə səbəbindən təxminən iki-üç həftə yaşıl meydanlardan kənarda qalacaq.
Yarımmüdafiəçi bu gün Kataloniya klubunun düşərgəsində tibbi müayinədən keçib. Ona sol ayağının alt nahiyəsindən zədə diaqnozu qoyulub.
Bununla da, Olmo təxminən iki-üç həftə yaşıl meydanlardan kənarda qalacaq. O, La Liqada “Jirona” və Çempionlar Liqasında “Olimpiakos”la matçlarda oynamayacaq.
Amma Olmonun hələ də oktyabrın 26-da “Real”la oyunda iştirak etmək şansı var.
- “Fiorentina”nın forvardı İngiltərə yolunda
- Santuşun yerinə "köhnə dost": O, qayıda bilər
- Türkiyəli futbolçu: “Azərbaycan millisindən imtina etdiyim üçün peşman deyiləm”
- Milliyə çağırılmadı, baş məşqçiyə çox hörmətlə yanaşdığını açıqladı
- “Qəbələ”nin üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib