Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 17-də İspaniyanın “Barselona”nın prezidenti Xuan Laporta ilə görüşüb.
Apasport.az xəbər verir ki, görüşdə Laportanın Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-da iştirakının əhəmiyyəti vurğulanıb.
Sonra Azərbaycan futbolunun inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, dünyanın aparıcı futbol klublarından biri olan “Barselona” ilə birgə layihələrin həyata keçirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Görüşdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövşən Nəcəf iştirak edib.
- Azərbaycan çempionu 1/16 finalda - YENİLƏNİB
- Zaur Həşimov: “Yığmada bu, yenə hansısa eksperimentlərin başlanğıcı olacaq”
- “Zirə”nin futbolçusu diskvalifikasiya edilib
- Abdülkadir Ömür Super Liqaya dönə bilər
- Ehtiram Quliyev Tovuz şəhər stadionunda ot örtüyünün dəyişdirilməsi prosesi ilə tanış olub - FOTO