“Bayer” – “Qarabağ” oyununda rumıniyalı hakimlər
24.10.2023 - 12:12
“Bayer” – “Qarabağ” oyununun hakimləri müəyyənləşib.
Apasport.az xəbər verir ki, bunu UEFA-nın mətbuat xidməti açıqlayıb.
Avropa Liqasının qrup mərhələsinin III turunun matçını Rumıniyadan olan hakimlər idarə edəcək. Oktyabrın 26-da keçiriləcək görüşün baş hakimi Horatsiu Feșniç olacaq.
Ona Valentin Avram və Aleksandru Çerey kömək edəcəklər. Dördüncü hakim funksiyasını Şabolş Kovaç yerinə yetirəcək. Portuqaliyalı Tiaqo Martins VAR, italiyalı Paolo Valeri AVAR hakimi olacaq.
Qeyd edək ki, matç Leverkuzendə keçiriləcək.
- Azərbaycanın sərbəst güləş millilərində yeni məşqçi təyinatları olub
- "Roma"dan yeni səfər forması - tarixi gerbə qayıdış - FOTO
- Samir Abasov yenidən tələbəsinə göz dikdi – YALNIZ BİZDƏ
- Jorj Kaşkilya: "Məqsədimiz hər oyunda xal qazanmaqdır"
- Yığmamızın Portuqaliya və Bolqarıstanla oyunlar üçün heyəti açıqlanıb
0
0