"Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə zədəsini tam olaraq sağaldıb.
Apasport.az saytına verilən məlumata görə, uzun müddətdir ki, zədəli olduğu üçün həm “Qarabağ”, həm də Azərbaycan millisinin düşərgəsindən uzaq düşmüş müdafiəçi artıq fərdi məşqlərə start verib.
O, xüsusi plan üzrə hazırlaşır. Yaxın vaxtlarda isə onun kollektiv məşqlərə qoşulacağı da gözlənilir. Mustafazadənin Premyer Liqanın və Avropa Liqasının növbəti matçlarında meydana çıxıb-çıxmayacağı həmin günkü durumundan asılı olacaq.
Xatırladaq ki, Mustafazadə zədə səbəbindən milli komandanın son toplanışına dəvət edilməmişdi.
- Güləşçilərimiz Serbiyada keçirilən dünya çempionatında iştirak edəcəklər
- Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının vaxtı açıqlandı
- Ayyub Allaş: "Yaxşı şeylər olarsa, qayıtmaq olar"
- Kənan Kərimov: "Qarabağ" səfərdə daha iddialı, daha yaxşı oynayır" - Açıqlama
- Krakov-2023: Azərbaycan 24-cü pillədə - YEKUN MEDAL SİYAHISI