Benzema Avropaya qayıda bilər
21.05.2024 - 14:36
"Əl-İttihad"ın hücumçusu Kərim Benzema Avropaya qayıtmaq istəyir.
Apasport.az “Todofichajes” nəşrinə istinadən xəbər verir ki, 36 yaşlı fransalı forvardın vətənində işləmək imkanı var. "Lion" futbolçu ilə müqavilə imzalamaqda maraqlıdır.
Xatırladaq ki, Benzema "Real Madrid"dən "Əl-İttihad"a ötən yay keçib. “Transfermarkt” portalı futbolçunun dəyərini 15 milyon avro olaraq qiymətləndirir.
Qeyd edək ki, Kərim Benzema bu mövsümdə iştirak etdiyi 29 oyunda aktivinə 13 qol və 8 məhsuldar ötürmə yazdırıb.
- 3x3 basketbol üzrə Dünya Qadın Seriyasında Sumqayıt mərhələsinin iştirakçıları bəlli olub
- Azərbaycan və Albaniya arasında idman əlaqələrinin genişləndirilməsi müzakirə olunub
- Dembele yenə zədələndi
- “Julio Romaonu transfer etmək istəyən klublar var” - MÜSAHİBƏ
- Karateçimiz Xorvatiyada qızıl medal qazandı
0
0