Benzia 59 dəqiqə oynadı, komandası uduzdu
07.06.2024 - 01:27
![Benzia 59 dəqiqə oynadı, komandası uduzdu](https://ww3.apasport.az/storage/news/2024/june/07/big/66622d0b6152d66622d0b6152e171771009166622d0b6152b66622d0b6152c.jpeg)
“Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzia Əlcəzair yığmasında növbəti oyununa çıxıb.
Apasport.az xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsində Qvineyaya qarşı keçirilən matçda iştirak edib.
Meydana start heyətində çıxan Benzia 59-cu dəqiqədə Mohamed Amoura ilə əvəzlənib.
Görüş Qvineya millisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
0
0