Benzia oynadı, komandası bir xalla kifayətləndi
15.11.2024 - 09:18
“Qarabağ”ın futbolçusu Yassin Benzianın formasını geyindiyi Əlcəzair yığması Afrika Millətlər Kubokunda növbəti oyuna çıxıb.
Apasport.az xəbər verir ki, sözügedən komanda Ekvatorial Qvineyası ilə qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb.
Benzia bu görüşün iştirakçısı olub. O, 70-ci dəqiqədə meydana daxil olub və sona qədər oynayıb.
Əlcəzair millisi 5 turdan sonra 13 xalla E qrupunda birinci sıradadır.
- Rusiya komandaları beynəlxalq yarışlara qayıdır? - İnfantinodan açıqlama
- Tuxel məğlubiyyətləri dəyərləndirdi: “Çelsi” daha çoxuna, “Liverpul” isə uğura layiq idi”
- Kişilər arasında ACF turunun ikinci yarışı keçiriləcək
- NBA-da simulyasiya edənlər cəzalanacaq
- Yığmamız qitə çempionatına 3 parataekvondoçu ilə yollanır
0
0