![Benzia "Qarabağ"dan gedir? - Əlcəzairli qərarını verdi](https://ww3.apasport.az/storage/news/2025/february/02/big/679f4e1a326c8679f4e1a326c91738493466679f4e1a326c6679f4e1a326c7.jpg)
"Qarabağ"ın daha bir legioneri xarici klubların maraq dairəsinə düşüb.
Yassin Benzia Qətər təmsilçisi "Um-Salal"ın transfer siyahısındadır.
Apasport.az saytına verilən məlumata görə, ağdamlıların futbolçusu qərarını verib.
Əlcəzairli Qətər klubuna keçməyəcək. O, “Qarabağ”da qalmağa üstünlük verib.
30 yaşlı futbolçunun son çempionla müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. Ağdam təmsilçisi onunla sözləşmə müddətini artırmağı planlaşdırır və bu yöndə danışıqlar gedir.
Xatırladaq ki, Benzia 2023-cü il yanvar ayında “Qarabağ”a keçib.
Qeyd edək ki, "Um-Salal" Qətər Ulduzlar Liqasında 14-cü pillədə qərarlaşıb.