“Turan Tovuz” yayda heyətinə cəlb etdiyi İvan Konovalovu buraxmaq niyyətində deyil.
Apasport.az saytına verilən məlumata görə, Qərb təmsilçisi əsas oyunçulardan birinə çevrilən İvana yeni müqavilə təklif edib.
Kurban Berdıyev rusiyalı qapıçı ilə daha 1 il işləmək istəyir.
İvan da bu məsələyə müsbət yanaşır. Son anda narazılıq olmasa, Konovalov yeni sezona da Tovuz klubunda başlayacaq.
Qeyd edək ki, “Spartak”(Moskva) klubunun yetirməsi olan İvan “Sevastopol”, “Astraxan”, “Baçka”, “Radniçki Niş”(hər ikisi Serbiya), “Torpedo”(Jodino, Belarus), “Rubin”, “Ural”, “Baltika”(hamısı Rusiya), “Livinqston”(Şotlandiya), “Tobol”(Qazaxıstan) klublarının qapısını qorumuşdu.
- “Araz-Naxçıvan”dan minimalhesablı qələbə - YENİLƏNİB
- 3x3 basketbol millimız yarımfinal oyununa çıxacaq
- Azərbaycan Prezidenti: “Bütün dünya idmançılarımızın gücünü gördü”
- Şəfəq Hüseynlinin rəhbərlik etdiyi komitənin növbəti iclasına Strasburq ev sahibliyi etdi
- Nuri Şahin “Borussiya"nın yeni baş məşqçisi təyin olundu