"4-5 gün öncə "Sabah" klubu ilə danışdıq".
Apasport.az xəbər verir ki, bunu "Beşiktaş"ın baş məşqçisi Şənol Günəş deyib.
"Beşiktaş"ın Azərbaycan klublarından kiminlə xeyriyyə oyunu keçirəcəyi bəlli olub. 71 yaşlı mütəxəssis "Beşiktaş"la "Sabah" arasında oyunun vaxtı ilə bağlı danışıqların davam etdiyini bildirib: "Oyunun tarixi tam dəqiqləşməyib. Biz martın 21-i və ya 24-də oynamağı təklif etdik. Onlar isə matçın martın 25-də keçirilməsini istəyir".
Qeyd edək ki, daha əvvəl "Qarabağ"ın martın 26-da Bakı Olimpiya Stadionunda "Qalatasaray"la yoldaşlıq oyunu keçirəcəyi bəlli olub. Hər iki oyundan əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün xərclənəcək.
- Azərbaycan taekvondoçularının 2024-cü ildə beynəlxalq yarışlarda qazandığı medalların sayı açıqlanıb
- “Liverpul” mövsümdə ilk məğlubiyyətini aldı
- “Real”a ən çox qazandıran transferlər: Kasemiro 3-cü pillədə
- Rauf Hüseynli: "VAR-a baxmaq üçün hakimə müraciət etdik, vecinə almadı"
- Əcnəbi Olimpiya çempionu Azərbaycanda