"Beşiktaş"ın yeni prezidenti bəlli oldu - YENİLƏNİB
29.12.2024 - 22:34
Super Liqa təmsilçilərindən "Beşiktaş"ın yeni prezidenti bu gün bəlli olub.
Apasport.az xəbər verir ki, Hasan Aratın istefasından sonra növbədənkənar ümumi qurultay keçirməyə qərar verən "Beşiktaş" yeni prezidentini seçib.
“Ağ-qaralar”ın növbədənkənar seçkili ümumi yığıncağında Hüseyn Yücel və Serdal Adalı prezidentlik uğrunda mübarizə aparıb.
Ümumi qurultayda prezident şurası formalaşdıqdan sonra namizədlərin proqramı təqdim olunub və seçkilərə start verilib.
Açılan sandıqlarda aşkar üstünlüyü olan Serdal Adalı seçimin qalibi olub. O, "Beşiktaş"ın yeni prezidenti seçilib.
- Azərbaycan İdman Akademiyasının komandası çempion olub
- Azərbaycan klubunun ev oyunlarını keçirəcəyi stadion bəlli olub
- XİN Ermənistanı Azərbaycan bayrağını yandıran şəxsi dərhal məsuliyyətə cəlb etməyə çağırdı
- İmad Faraj: "Avrokuboklara 100 faiz gedəcəyik"
- İslam Oyunları: Millimiz Türkiyəyə qalib gəlib
0
0