Binə stadionunun ot örtüyü yenilənib - FOTO
13.02.2025 - 10:45
![Binə stadionunun ot örtüyü yenilənib - FOTO](https://ww3.apasport.az/storage/news/2025/february/13/big/67ad951c645e167ad951c645e2173942914867ad951c645dd67ad951c645df.jpg)
AFFA tərəfindən Binə qəsəbə stadionunda süni ot örtüyünün yenilənməsi işləri başa çatıb.
Apasport.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Yeni quraşdırılmış ot örtüyü ən son müasir standartlara cavab verir və FIFA lisenziyalı süni ot örtüyü laboratoriyası tərəfindən test edilib.
Testin nəticəsinə uyğun olaraq süni ot örtüyünün FIFA Quality Pro sertifikatına uyğunluğu təsdiqlənib.
0
0