Yeni mövsümdə I Liqada mübarizə aparacaq "Cəbrayıl" baş məşqçisi Cavid Hüseynovun klubdan ayrıldığını açıqlayıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
36 yaşlı mütəxəssisin öz xahişi ilə komandadan ayrıldığı vurğulanıb: "Cəbrayıl" üçün böyk işlər görmüş məşqçi təcrübə toplamaq və karyerasında yeni səhifə açmaq üçün fəaliyyətini Premyer Liqada davam etdirəcək. Ona uğurlar arzulayır və qarşısına qoyduğu məqsədlərə tezliklə çatacağına inanırıq. Təşəkkürlər, Cavid!"
Qeyd edək ki, Cavid Hüseynov "Turan Tovuz"un yeni baş məşqçisi Kurban Berdıyevin köməkçilərindən biri olacaq.
- Fabio Kannavaro: “Bu, faciə hesab edilməlidir”
- Qurban Qurbanov: “Antonio Kontenin heç bir oyunda diqqətsiz olduğunu görməmişəm”
- Təmsilçilərimiz Çexiyada beynəlxalq turnirdə qızıl medal qazanıblar
- UEFA-dan İsrail klubları barədə qərar
- Birinci Liqa: “Qəbələ” çempion, "Karvan" və "İmişli" Premyer Liqada! - YENİLƏNİB