Müstəqil Dövlətlər Birliyi təmsilçiləri arasında keçirilən futbol üzrə “Birlik kuboku”nun bərpa edilə bilər.
Apasport.az-ın məlumatına görə, MDB ölkələrinin Bişkek sammitində bu barədə təklif irəli sürülüb.
Təklif Özbəkistan prezidenti Şavkat Mirziyoyev tərəfindən gəlib. O, Özbəkistanın növbəti turniri təşkil etmək arzusunda olduğunu bildirib: “Birlik kubokunun bərpasını təklif edirəm və Özbəkistan gənclər yığmaları arasında keçiriləcək oyunları təşkil edə bilər”.
Qeyd edək ki, “Birlik kuboku” 1993-cü ildən Moskva və Sankt-Peterburq şəhərlərində təşkil olunub. 2011-ci ilədək turnirdə MDB ölkələri çempionları iştirak ediblır. 2012-ci ildən turnir 21 yaşadək futbolçulardan ibarət yığmalar arasında təşkil olunub. Yarış sonuncu dəfə 2016-c ilə də baş tutub.
- “Qalatasaray”ın 25-ci çempionluğu Bakıda da coşqu ilə qeyd edilib - FOTO+VİDEO
- Stolüstü tennisçilərimiz Çinə yollanıb
- Azərbaycan Kuboku: “Turan Tovuz” II Liqa klubunu darmadağın etdi - YENİLƏNİB
- “Neftçi” Toqo yığmasının yarımmüdafiəçisi ilə danışıqlara başladı
- Avropa çempionatı: Millimiz növbəti oyununa çıxır