Belarusda keçirilən II MDB Oyunlarında boks yarışlarına yekun vurulub.
Federasiyadan apasport.az saytına verilən məlumata görə, Azərbaycan millisi turniri 10 medalla başa vurub.
Komandamızın heyətində Aynur Mikayılova (54 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Ziya Həsənov (71 kq) və Fərhad Şeydayev (75 kq) gümüş mükafata sahib olublar.
Digər boksçularımızdan Ömər Aslanlı (54 kq), Aslan Quliyev (63,5 kq), Lalə Mədətova (48 kq), Aysu İsmayılova (50 kq), Nərmin Əlizadə (52 kq) və Qızbəs İsgəndər (60 kq) isə Oyunları bürünc medalla bitiriblər.
Yığmamız bu nəticə ilə komanda hesabında 5-ci yeri tutub.
Qeyd edək ki, boksçularımız Bakıya avqustun 14-də qayıdacaqlar.
- "Qarabağ"ın açıq məşqinin və mətbuat konfransının vaxtı açıqlandı
- “Neftçi”nin futbolçusu: “Sevinirəm ki…”
- "Lənkəran"ın baş məşqçisi: "Quba" ilə matçlar həmişə çətin keçir"
- Azərbaycan çempionatında final oyunlarının vaxtı açıqlandı
- "Səbail"in kapitanı: "Nəticələr ürəkaçan deyil, Cavid Hüseynov gəldikdən sonra..."