Azərbaycan boksçusu Sərxan Əliyev İtaliyanın Busto Arsizio şəhərində I Dünya Olimpiya Təsnifat Turnirində 3-cü döyüşünü keçirib.
Boks Federasiyasından apasport.az-a verilən məlumata görə, 71 kq çəkidə qüvvəsini sınayan dünya çempionu 1/8 finalda ermənistanlı Qurqen Madoyanı sınağa çəkib.
Döyüş Əliyevin qələbəsi ilə yekunlaşıb. Boksçumuz 3:2 (28:29, 28:29, 29:28, 29:28, 30:27) hesabı ilə qalib gəlib.
Beləliklə, Nicat Hüseynovun (51 kq) ardınca Sərxan da erməni rəqibini mübarizədən kənarlaşdıraraq adını 1/4 finala yazdırıb.
Ona Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün cəmi 1 qələbə kifayət edəcək. Əliyev yarımfinala vəsiqə əldə etmək üçün qazaxıstanlı Aslanbek Şimbergenovla qüvvəsini sınayacaq.
- Elmar Baxşıyev: "Cəzalı oyunçularımız çox olduğu üçün rotasiya edə bilmədik"
- "Kəpəz"in məşqçisi: "Üstünlüyümüzü qorumaq üçün təcrübə çatmadı"
- “Monpelye” evdə xal itirdi
- "Qarabağ" - "Dinamo" matçından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı açıqlanıb
- Ən məhsuldar heç-heçələr və ya “Viləş” – “Turan”la eyni